Sizin link burada

Bakıda dəniz sahilindəki istirahət mərkəzindən meyit tapıldı

Bakıda itkin düşən qadının meyiti tapılıb. Lent.az xəbər verir ki, aprelin 8-də itkin düşən Bünyatova Səbinə Fətulla qızının meyiti Şıx çimərliyində tapılıb. Belə ki, Şahlar Allahverdiyev küçəsində qeydiyyatda olmaqla yaşayan və itkin düşəndən sonra axtarışa verilən 45 yaşlı qadının meyiti çimərlikdəki “Aysberg” istirahət mərkəzinin sahil hissəsində aşkarlanıb. 

 

Bildirilir ki, S.Bünyatova psixi xəstə olub. Onun hansı şəraitdə ölməsi məlum deyil.

 

S.Bünyatovanın bacısı Pərvanə Bünyatova Lent.az-a bildirib ki, bacısı dənizdə boğulmayıb: "Onun mədəsindən dəniz suyu tapılmayıb. Necə ölməsi araşdırılır".

 

Faktla bağlı Səbail rayon Prokurorluğunda araşdırma aparılır. 

 

LENT

17 İyul 2018

Digər xəbərlər >>>