Sizin link burada

İrəvanda nümayişçilər küçələrə axışırlar

Ermənistan paytaxtında etiraz aksiyaları davam edir.
 
 
 
APA-nın "news.am" saytına istinadən verdiyi xəbərə görə, polis ictimai asayişi pozan mitinqin dayandırılması barədə çağırış etsə də, etirazçılar buna məhəl qoymayıblar. Bu gün səhər saatlarından nümayişçilər yenə mərkəzi küçələrə axışıblar.
 
 
 
Aksiyanın rəhbəri, deputat Nikol Paşinyan bildirib ki, etirazçılar bu gün Serj Sarkisyanın baş nazir vəzifəsinə namizədliyinin müzakirə olunacağı parlamentə gedən yolları bağlamağa çalışacaqlar.
 
 
 
Qeyd edək ki, aksiya iştirakçıları Serj Sarkisyanın baş nazir postuna namizədliyinin irəli sürülməsinə etiraz edirlər.

LENT

22 Aprel 2018
21 Aprel 2018

Digər xəbərlər >>>