Sizin link burada

Azərlə Vüsalə barışıb? - AÇIQLAMA

Aparıcı Vüsalə Əlizadə keçmiş həyat yoldaşı Azər İsmayılovla barışması xəbərlərinə münasibət bildirib. Lent.az-ın məlumatına görə, aparıcı keçmiş həyat yoldaşı yenidən bir araya gəlmələri xəbərini üstüörtülü şəkildə yalanlayıb:

 

“İnsanlar sevdikləri şeyləri məhv etməyə, məhv etdikləri şeyləri yenidən sevməyə meyillidirlər. Amma çox vaxt unudurlar kİ, daldan atılan daş topuğa dəyər. Hər kəsə hörmətlə yanaşıram. Bu, hər zaman belə olub. Mənim kiməsə deyiləcək sözüm olanda onu şəxsən özünə çatdıracaq qədər cəsur qadınam. Saman altdan su yeridib, yersiz mesajlar göndərmək mənlik deyil. Reklamlı şəkildə oyun oynamağı da şərəfimə sığışdırmıram. Xahiş edirəm, fikrimi beynimə belə yaxın buraxmadığım mövzulara yozmayasınız”. 


Qeyd edək ki, cütlük 2013-cü ildə boşanıb. Onların həmin evlilikdən Dilək adlı bir qızları da var. Azər Vüsalədən ayrıldıqdan sonra 2016-cı ildə 2-ci dəfə evlənib.

LENT

21 Aprel 2018
20 Aprel 2018

Digər xəbərlər >>>