Sizin link burada

FHN 29 yaşlı balıqçının axtarışlarına başladı

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, 16 aprel 2018-ci il tarixində balıq tutmaq məqsədi ilə Bakı şəhəri, Sabunçu rayonu ərazisindən dənizə çıxmış 1989-cu il təvəllüdlü Həmidzadə Şəhriyar Paşa oğlu geri qayıtmayıb.

 

Lent.az-ın FHN-nin saytına istinadən xəbərinə görə, Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.  Axtarış işləri barədə əlavə məlumat veriləcək.

LENT

21 Aprel 2018
20 Aprel 2018

Digər xəbərlər >>>