Sizin link burada

Beynəlxalq Çempionlar Kubokunun iştirakçıları açıqlandı

Ənənəvi olaraq hər il keçirilən Beynəlxalq Çempionlar Kubokunun (İCC) builki iştirakçıları bəlli olub. Apasport.az saytının məlumatına görə, turnirdə 6 ölkədən 17 komanda iştirak edəcək.

 

İngiltərə, İspaniya, İtaliya, Almaniya, Fransa və Portuqaliyanı təmsil edəcək klublar yay boyunca çempion adı uğrunda yarışacaqlar. Matçların dəqiq təqvimi aprelin 17-də açıqlanacaq. Oyunlar Avstriya, İtaliya, Sinqapur, İsveç, İsveçrə və ABŞ-da keçiriləcək.

 

İCC-də aşağıdakı komandalar iştirak edəcəklər: “Real”, “Tottenhem”, “Yuventus”, “Milan”, “Mançester Siti”, “Liverpul”, “Mançester Yunayted”, “Bavariya”, “Çelsi”, PSJ, “Arsenal”, “Sevilya”, “Roma”, “İnter”, “Borussiya D.”, “Benfika” və “Atletiko”.

 

 Qeyd edək ki, turnirin ötən ilki qalibi “Barselona” olub. Ondan əvvəl PSJ iki, “Real” və “Mançester Yunayted” isə hərəyə bir dəfə kuboka sahib olub.

 

LENT

16 İyul 2018
15 İyul 2018

Digər xəbərlər >>>