Sizin link burada

Köçkün şəhərciyində faciə: 13 yaşlı uşağı maşın vurub öldürdü

İmişli və Biləsuvar rayonlarının sərhədində yerləşən Cəbrayıl köçkün şəhərciyində məskunlaşan azyaşlını avtomobil vuraraq öldürüb.
 
 
 
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, “VAZ 2106” markalı  avtomobil  velosipedlə hərəkətdə olan Cəbrayıl rayon sakini, 2005-ci il təvəllüdlü Eyvazov Xəzər Hümbət oğlunu vurub.
 
 
 
Azyaşlı aldığı xəsarətlərdən hadisə yerində ölüb.
 
 
 
Faktla bağlı Cəbrayıl rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

LENT

22 Aprel 2018
21 Aprel 2018

Digər xəbərlər >>>