Sizin link burada

Azərbaycanda 4 polis ağır qəzaya düşdü: 3 nəfər öldü

Son 2 gündə Azərbaycanda 4 polis əməkdaşı idarə etdiyi avtomobillə ağır yol-nəqliyyat hadisəsi törədib. Lent.az xəbər verir ki, Şirvan şəhərində polis baş serjantı Bəhruz Qurbanov idarə etdiyi “Chevrolet Niva” ilə Rəsulzadə küçəsində hərəkətdə olarkən 1966-cı il təvəllüdlü Vəliyev Camal Gülasət oğlunu vurub öldürüb.

 

Salyan rayonunun Kürqaraqaşlı kəndində isə , Neftçala rayon sakini, polis baş leytenantı Niftəliyev Rza Hicran oğlu "Priora" markalı minik avtomobilini yol kənarındakı dirəyə çırpıb. O, hadisə yerində vəfat edib.

 

Oxşar hadisə Xaçmazda da baş verib. Xaçmaz-Hacıqurbanoba yolunda polis serjantı, Məmmədov Adəm Yavər oğlunun idarə etdiyi “VAZ 2107" yoldan çıxaraq elektrik dirəyinə çırpılıb. Sürücünün həyatını xilas etmək mümkün olmayıb.

 

Daha bir polis əməkdaşı Füzuli rayonunda ağır qəzaya düşüb. Tərtər rayon Polis Şöbəsinin əməkdaşı Əsgərzadə Elməddin İnqilab oğlu idarə etdiyi "Niva" markalı maşını qəfil yol kənarındakı ağaca çırpıb. O, ağır xəsarət alıb və Bakıdakı xəstəxanaların birinə yerləşdirilib.

 

Hər bir hadisə ilə bağlı müvafiq araşdırmalar aparılır.

 

LENT

21 İyun 2018

Digər xəbərlər >>>