Sizin link burada

Şəhid Təbriz Musazadənin həyat və döyüş yolu barədə layihənin icrasına başlanıb

 

 
 
 
“Rəvan” Gəncliyə Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Şəhid Təbriz Musazadənin həyat və döyüş yolu barədə məlumatlandırma tədbirinin keçirilməsi” layihəsinin icrasına başlayıb.
 
 
Lent.az-ın məlumatına görə, layihənin məqsədi Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin  Azərbaycan dövlətçiliyinin müdafiəsi və torpaqlarımızın azad edilməsi istiqamətində birmənalı və qətiyyətli fəaliyyətini təbliğ etmək, orta məktəb şagirdlərinin mayor Təbriz Musazadə kimi yaşaması və Vətəninə və xalqına bağlı gənclər kimi yetişməsinə töhfə verməkdir. 
 
 
 
Üç ay ərzində icra olunacaq layihə çərçivəsində Yevlax rayonunda orta məktəblərdə keçiriləcək tədbirlərdə şagirdlərə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin  Azərbaycan dövlətçiliyinin müdafiəsi və torpaqlarımızın azad edilməsi istiqamətində birmənalı və qətiyyətli fəaliyyəti və aprel döyüşlərində şəhid olmuş mayor Təbriz Musazadə barədə geniş məlumat veriləcək. 
 

LENT

22 Aprel 2018
21 Aprel 2018

Digər xəbərlər >>>