Sizin link burada

Murad Xatunun cavabını verdi: "Onda potensial görmürəm" - VİDEO

Bəstəkar-müğənni Murad Arif həmkarı Xatun Əliyevayla aralarında olan qalmaqaldan danışıb. Lent.az-ın məlumatına görə, “ATV maqazin onlarla” verilişinə açıqlama verən M.Arif Xatunu verilişin “Hid parad” rubrikasından uzaqlaşdırıb: “Onun mahnısı hit, qlamur, zövqlü, maraqlı, stil deyil. Onda potensial görmürəm. Xatunun mahnısı buradan çıxmalıdır. Dediklərinə cavab istəyirlərsə, bu olsun".

 

Murad həmkarı ilə aralarında olan küsülülüyün əsl səbəbini də açıqlayıb: "Çıxardıb telefonunda şəkilləri göstərir. Mənim də gözüm yaxşı görmür, ərk edib telefonu aldım və yaxından baxdım. Mənə elə reaksiya göstərdi, şokda oldum. Ətrafdakıların diqqətini çəkmək istəyirdi. Ondan üzr istədim. İki ay sonra məclislərdən birində görüşdük. Amma indi gəlib nələr deyir. Bu da piarın bir formasıdır”.

 

Qeyd edək ki, Xatun Muradla bağlı açıqlama verən zaman bu sözləri demişdi:  "Onu müğənni kimi qəbul etmirəm. Bir dəfə telefonumda şəxsi şəkillərimə girib baxıb".

 

LENT

22 Aprel 2018
21 Aprel 2018

Digər xəbərlər >>>