Sizin link burada

Səyyar ASAN bu rayonlarda olacaq

Səyyar ASAN xidmət aprelin 26-dək Qusar, Astara, Balakən, Yevlax, Şəmkir şəhərlərində, aprelin 16-dək Hacıqabul şəhəri və Abşeron rayonunun Mehdiabad qəsəbəsində, aprelin 19-dək Sabunçu rayonunun Pirşağı qəsəbəsində, mayın 3-dək Zərdab rayonunda,  mayın 10-dək Xaçmaz şəhərində vətəndaşlara səyyar formada xidmət göstərəcək. ASAN-dan Lent.az-a verilən məlumata görə, səyyar şəkildə göstərilən xidmətlər Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur.

 

Bu xidmətlərə aşağıdakılar daxildir:

Notariat fəaliyyəti;

Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı;

Şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi;

Ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi;

Sürücülük vəsiqələrinin dəyişdirilməsi;

Əmək pensiyalarının təyin edilməsi;

Mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi;

Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi;

Fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi.

LENT

26 Aprel 2018

Digər xəbərlər >>>