Sizin link burada

Füzulidə polis əməkdaşı maşını ağaca çırpdı

Füzuli rayonu ərazisində 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

 

Lent.az-ın “report”a istinadən xəbərinə görə, 1994-cü il təvəllüdlü Əsgərzadə Elməddin İnqilab oğlu idarə etdiyi "Niva" markalı maşını qəfil yol kənarındakı ağaca çırpıb. Ağır bədən xəsarətləri alan sürücü Bakıdakı xəstəxanaların birinə yerləşdirilib. Onun vəziyyəti orta-ağır kimi qiymətləndirilir.

 

Baş vermiş qəza ilə bağlı avtotexniki ekspertiza təyin edilib.

 

E.Əsgərzadə Tərtər rayon Polis şöbəsinin əməkdaşıdır.

 

LENT

26 Aprel 2018

Digər xəbərlər >>>