Sizin link burada

Bakıda küçədə naməlum kişi meyiti tapıldı

Bakının Səbail rayonu ərazisində yerləşən parkların birində naməlum kişi meyiti tapılıb.

 

Lent.az-ın “report”a istinadən xəbərinə görə, təxminən 55-60 yaşlı kişinin dəqiq hansı səbəbdən öldüyü məlum deyil. Hadisənin baş verdiyi ünvana Səbail Rayon Polis İdarəsinin 9-cu Polis bölməsinin əməkdaşları cəlb olunub.

 

Meyit Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib. Onun şəxsiyyəti hələ ki, müəyyənləşdirilməyib, həmçinin üzərində zorakılıq əlamətlərinə rast gəlinməyib.

 

Araşdırma aparılır.

 

LENT

19 İyul 2018

Digər xəbərlər >>>