Sizin link burada

Neymar “Real”a keçməyə qorxdu

Fransanın PSJ klubunun hücumçusu Neymar İngiltərənin “Mançester Yunayted” komandasına transferi nəzərdən keçirir.

 

Oxu.Az-ın xəbərinə görə, bu barədə “Don Balon” yazır.

 

Nəşrin məlumatına əsasən, futbolçu “qırmızı şeytanlar”ın baş məşqçisi Joze Maurinyo ilə işləmək istəyir. Qeyd edilir ki, “Mançester Yunayetd”lə Neymar arasında ilkin razılıq artıq əldə olunub.

 

Qəzet yazır ki, hücumçu Madridin “Real” klubuna keçmək istəməyib. Neymar ehtiyatlanır ki, əvvəllər “Barselona”da çıxış etdiyi üçün “kral klubu”nun azarkeşləri onun qəbul etməyəcəklər.

 

Neymar PSJ-ni Fransa çempionatının və Parisdə yaşayışın aşağı səviyyədə olduğundan tərk etmək qərarına gəlib.

 

Xatırladaq ki, Paris təmsilçisi 2017-ci ilin yayında braziliyalı futbolçuya görə 222 milyon avro ödəyib. Cari mövsümdə o, 30 oyunda 29 qol vurub.

 

LENT

21 Aprel 2018
20 Aprel 2018

Digər xəbərlər >>>