Sizin link burada

Çörək sexi tamamilə yandı

Ağsu rayonunda güclü yanğın olub. Lent.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, rayon ərazisində ümumi sahəsi 345 m2 olan çörək sexinin yanar konstruksiyaları 313 m2 sahədə yanıb. Sexin qalan hissəsi və yaxınlıqdakı digər obyektlər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

 

LENT

19 İyul 2018

Digər xəbərlər >>>