Sizin link burada

Bu kəndə yarım metr qar yağıb - FOTOLAR

Aprelin 14-də axşam saatlarından başlayaraq Quba, Qusar və Xızı rayonları ərazisinə güclü qar yağıb. Lent.az AzərTAc-a istinadən xəbər verir ki, dağlıq yaşayış məntəqələrində qarın hündürlüyü 48 santimetrə çatır.

 

Qarın yağması ilə əlaqədar şimal bölgəsində hava soyuyub, dağlıq ərazilərdə gecə saatlarında temperatur mənfi 1-6 dərəcəyədək aşağı düşüb.

 

Quba Regional Hidrometeorologiya Müəssisəsindən AZƏRTAC-a bildiriblər ki, şimal bölgəsində ən çox yağıntı rayonun Xınalıq kəndinə düşüb. Burada qarın hündürlüyü 48 santimetrdir. Qubanın Qırız kəndi ərazisində qarın hündürlüyü 28, Xaltanda 12, Qusarın Ləzə kəndində 20, Xızının Altıağac qəsəbəsində isə 16 santimetr olub.

 

Güclü qar düşən kəndlərdən bəzi fotoları təqdim edirik.

 

LENT

26 Aprel 2018

Digər xəbərlər >>>