Sizin link burada

28 yaşlı oğlan "KamAZ"ın altında qaldı

Sabirabadda piyada vurulub.

 

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, yol-nəqliyyat hadisəsi Sabirabad rayonunun Çöl Beşdəli kəndində qeydə alınıb.

 

“KamAZ” markalı, 49 BH 338 dövlət nömrə nişanlı yük avtomobili yolu keçən, rayonun Nəsimi kənd sakini, 1990-cı il təvəllüdlü Sadıqov Racu Aydın oğlunu vurub.

 

Piyada müxtəlif bədən xəsarətləri ilə Şirvan Şəhər Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib.

 

Faktla bağlı Sabirabad polis şöbəsi tərəfindən araşdırma aparılır.

LENT

26 Aprel 2018

Digər xəbərlər >>>