Sizin link burada

MSK-da prezident seçkilərinə yekun iclası keçirilir

Bu gün Mərkəzi seçki Komissiyasının aprelin 11-də keçirilmiş prezident seçkilərinə yekun vurulması və nəticələrin təsdiq olunması üçün Konstitusiya Məhkəməsinə təqdim edilməsi ilə bağlı iclası başlayıb.

 

APA-nın məlumatına görə, MSK Seçki Məcəlləsinə əsasən səsvermə günündən başlayaraq 10 gün müddətində prezident seçkilərinə yekun vurmalı və nəticələrin təsdiq olunması üçün Konstitusiya Məhkəməsinə təqdim etməlidir.

 

Aprelin 11-də keçirilmiş prezident seçkiləri ilə bağlı bu müddət aprelin 21-dək olan dövrü əhatə edir.

 

Konstitusiya Məhkəməsi isə Azərbaycan Respublikası Prezidenti seçkilərinin yekunlarını səsvermə günündən sonra 14 gün ərzində rəsmən təsdiq etməlidir.

 

Qeyd edək ki, aprelin 11-də keçirilmiş prezident seçkilərinin ilkin nəticələrinə əsasən  İlham Əliyev 86,03 faiz, Zahid Oruc 3,11 faiz, Sərdar Cəlaloğlu 3,03 faiz, Qüdrət Həsənquliyev 3,02  faiz, Hafiz Hacıyev 1,52 faiz, Araz Əlizadə 1,38  faiz, Fərəc Quliyev 1,17  faiz və Razi Nurullayev 0, 74 faiz səs toplayıb. Prezident seçkilərində 5 milyon 314 min 365 seçicidən 3 milyon 962 min 123 nəfəri iştirak edib, seçici fəallığı 74,30 faiz olub.

LENT

26 Aprel 2018

Digər xəbərlər >>>