Sizin link burada

Vaşinqton Rusiyanı ittiham etdi

 

 

ABŞ hesab edir ki, Suriyada kimyəvi silahların məhv etdirilməsində beynəlxalq zəmanətçi qismində çıxış etmiş Rusiya Federasiyası üzərinə götürdüyü öhdəlikləri icra edə bilməyib. Bu isə Suriyada hərbi əməliyyatın keçirilməsi ilə nəticələnib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə jurnalistlərə brifinq zamanı ABŞ prezidenti administrasiyasının yüksək vəzifəli nümayəndəsi bildirib.    

 

“Rusiyanın Suriyada kimyəvi silahların məhvində zəmanətçi qismində iflasa uğradığı tam aydındır. Prezident  Rusiyanın növbəti dezinformasiya kampaniyası keçirməsini gözləməməyə qərar verdi”, - deyə o qeyd edib.  

 

 ABŞ, Britaniya və Fransa aprelin 14-nə keçən gecə Suriyanın hərbi və mülki obyektlərinə 100-dən çox raket buraxıb. Rusiya tərəfi iddia edir ki, Suriya Hava Hücumundan Müdafiə sistemləri raketlərin əksəriyyətini hədəfə çatmadan məhv edib.

 

LENT

20 Aprel 2018
19 Aprel 2018

Digər xəbərlər >>>