Sizin link burada

Vaşinqton: Suriya danışıqları başa çatdı

Suriyadakı vəziyyətlə əlaqədar  danışıqlara ayrılan vaxt başa çatıb. APA-nın “RİA Novosti”-yə istinadən verdiyi xəbərə görə,  bunu ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Xeyli deyib.

 

“Danışıqlar üçün vaxt başa çatdı, hərəkətə keçmək gərəkdir. Və bu ötən gecə baş tuttdu”, - deyə Heyli əlavə edib.

 

Qeyd edək ki, bundan əvvəl Donald Tramp ABŞ-ın Suriyada “missiyasını yerinə yetirdiyini” bəyan edib.

 

ABŞ, Britaniya və Fransa aprelin 14-nə keçəm gecə Suriyanın hərbi və mülki obyektlərinə 100-dən çox raket  buraxıb. Rusiya tərəfi iddia edir ki, Suriya Hava Hücumundan Müdafiə sistemləri raketlərin əksəriyyətini hədəfə çatmadan məhv edib.

 

LENT

16 İyul 2018
15 İyul 2018

Digər xəbərlər >>>