Sizin link burada

“Qarabağ” mövqeyini qorudu, “Qəbələ” irəlilədi

Dünyanın ən güclü klublarının reytinq siyahısı açıqlanıb. Apasport.az saytının məlumatına görə, “clubworldranking”in tərtib etdiyi cədvəldə Azərbaycanın 4 komandası yer alıb.

 

Klublarımız arasında ən yaxşı nəticə yenə “Qarabağ”dadı. Azərbaycan Premyer Liqasının liderinin hesabında 1169 xal var. Ağdam təmsilçisi planetin 529-cu komandasıdı. “Qarabağ” son siyahı ilə müqayisədə mövqeyini qoruyub.

 

368 xala malik “Keşlə” 742-ci yerdə qərarlaşıb. Paytaxt təmsilçisi 8 rəqibini qabaqlayıb. “Qəbələ” 255 xalla 783-cü yerdədi. Onlar 9 pillə irəliləyiblər. “Zirə”nin isə 217 xalı var və planetin 808-cisidi. Bu komanda da mövqeyini yaxşılaşdırıb. Zirəlilər 6 pillə qabağa gediblər.

 

Qeyd edək ki, cədvəlin ilk “üçlüy”ünü yenə ispanlar “zəbt ediblər”. İspaniya “Real”ı 18462 xalla 1-ci, “Barselona” 16402 xalla 2-ci yerdə qaldığı halda, “Atletiko” “üçlüy”ü qapayır. Onların aktivində 14327 xalı var.

LENT

16 İyul 2018
15 İyul 2018

Digər xəbərlər >>>