Sizin link burada

Bakının mərkəzində ağır qəza: yaralılar var

Bakıda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Lent.az xəbər verir ki, Səbail rayonu Neftçilər prospektində "Opel" markalı avtomobil sürücünün idarəetməsindən çıxaraq yolun ortasına bərkidilmiş beton arakəsməyə çırpılıb. Nəticədə avtomobildə olan 27 və 24 yaşlı iki oğlanla, 39 yaşlı qadın ağır bədən xəsarətləri alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

 

Faktla bağlı Səbail rayon Polis İdarəsində araşdırma aparılır.

LENT

21 İyul 2018

Digər xəbərlər >>>