Sizin link burada

ATƏT-in Bakı ofisinin keçmiş rəhbərindən İlham Əliyevə təbrik: “Sərəncamınızdayam...”

ATƏT-in Bakı ofisinin keçmiş rəhbəri Aleksis Şahtaxtinski İlham Əliyevi yenidən Azərbaycan Prezidenti seçilməsi münasibətilə təbrik edib.

 

Lent.az-ın AzərTAc-a istinafən məlumatına görə, təbrik məktubunda deyilir:

“2018-ci il aprelin 11-də Azərbaycanda keçirilmiş prezident seçkilərində inamlı qələbəniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Əminəm ki, Azərbaycan Respublikasının Prezidenti vəzifəsində mürəkkəb beynəlxalq şəraitdə başlanan yeni 7 illik prezidentlik mandatınız Azərbaycan dövlətçiliyinin daha da möhkəmlənməsi ilə əlamətdar olacaq, ölkənin iqtisadi inkişafına yeni təkan verəcək, onun suverenliyinin qorunub saxlanması və ərazi bütövlüyünün bərpa edilməsi məqsədilə Silahlı Qüvvələrin möhkəmlənməsinə xidmət edəcək.

 

Azərbaycan xalqı Sizin son 15 ildə apardığınız böyük dövlətçilik işini, xüsusən əhalinin rifahının əhəmiyyətli dərəcədə yüksəlməsinə və dövlətimizin dünya arenasında nüfuzunun artmasına (buna görə mən peşəkar diplomat kimi çox fəxr edirəm) Sizin şəxsi töhfənizi yüksək qiymətləndirib. Şəxsən mən dünən ilk dəfə Azərbaycan Respublikasının Prezidenti seçkilərində iştirak etdim və bu, mənim həyatımda ən mühüm hadisələrdən biri oldu.

 

Əminəm ki, Siz xalqın yüksək etimadına güvənərək Azərbaycanın uğurlarını daha da artıracaqsınız. Bu işdə əlimdən gələn köməyi etməyə hazıram. Mənim üçün çətin vaxtda mənə göstərilmiş dəstəyə görə Sizə təşəkkürümü bildirmək istəyirəm və bundan sonra da Sizin sərəncamınızdayam.

 

Bu xoş fürsətdən istifadə edərək, Sizə möhkəm cansağlığı, ailə səadəti, məsuliyyətli və şərəfli vəzifənizdə yeni uğurlar arzu edirəm. Azərbaycan xalqına Sizin rəhbərliyinizlə sülh və firavanlıq diləyirəm.

 

Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasından 100 il, müstəqilliyimizin bərpasından və ölkəmizin tamamilə dağılmaqdan xilas olmasından 25 il sonra Azərbaycan qətiyyətlə irəli gedir. Bu gün bütün bunlar Sizin xidmətinizdir. Ulu Tanrı bundan sonra da ali dövləti vəzifənizi yerinə yetirməkdə Sizə kömək olsun”.

 

LENT

23 Aprel 2018

Digər xəbərlər >>>