Sizin link burada

Putindən sərt təpki: "Bu, suveren dövlətə təcavüzdür"

Rusiya prezidenti Vladimir Putin ABŞ, Britaniya və Fransa tərəfindən Suriyada bəzi obyektlərə hərbi zərbələr endirilməsinə münasibətini açıqlayıb.

 

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, V. Putin bildirib ki, ABŞ və müttəfiqləri BMT Nizamnaməsinə, beynəlxalq hüquqa zidd şəkildə, BMT Təhlükəsizlik Şurasının sanksiyası olmadan Suriyada hərbi və mülki obyektlərə zərbələr endiriblər.

 

V. Putin hadisəni terrora qarşı mübarizənin ön cəbhəsində olan suveren dövlətə qarşı təcavüz aktı adlandırıb və BMT TŞ-nin təcili iclasını çağırdıqlarını deyib.

LENT

20 Aprel 2018
19 Aprel 2018

Digər xəbərlər >>>