Sizin link burada

Qvardiola kimə azarkeşlik edəcək?

Çempionlar Liqasında mübarizəni dayandıran “Mançester Siti”nin baş məşqçisi Pep Qvardiolanın yarımfinalda hansı kluba azarkeşlik edəcəyi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, bunu ispaniyalı mütəxəssisin özü açıqlayıb.

 

O bildirib ki, əvvəllər çalışdırdığı Almaniya “Bavariya”sının uğurunu istəyir: “Ümid edirəm ki, “Bavariya” yarımfinalda “Real”ı keçəcək. Bəxtin onların üzünə güləcəyinə və finala yüksələcəyinə ümidliyəm”.

 

Qeyd edək ki, Qvardiola 2013-16-cı illərdə Münhen klubunun baş məşqçisi olub.

LENT

23 Aprel 2018

Digər xəbərlər >>>