Sizin link burada

İrandan etiraz: "Beynəlxalq hüquq açıq şəkildə pozulub"

“ABŞ və müttəfiqlərinin Suriyaya qarşı təcavüzü beynəlxalq hüquq normalarının açıq pozuntusu və Suriyanın milli suverenliyinin, ərazi bütövlüyünün inkar olunması deməkdir”.

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə İran XİN-in açıqlamasında deyilir.   

 

XİN-dən bildirilib ki, ABŞ və müttəfiqləri Kimyəvi Silahların Qadağan Olunması Təşkilatının missiyasının apardığı araşdırmanın nəticələrini gözləmədən zərbə endiriblər: “Özlərini dünya hakimi sayan bu dövlətlər öz hərbi fəaliyyətlərinin nəticələrinə görə məsuliyyət daşıyırlar. Bu hücum bölgədə vəziyyətin daha da gərginləşməsinə, terrorçuluğun möhkəmlənməsinə səbəb olacaq”. 

LENT

16 İyul 2018
15 İyul 2018

Digər xəbərlər >>>