Sizin link burada

 (R) Bakı məktəbliləri üçün robototexnika təlimləri – ÖDƏNİŞSİZ

Qərbi Kaspi Universiteti Texnoparkı nəzdində fəaliyyət göstərən “Robototexnika Klubu” məktəblilər üçün təlimlər təşkil edir.

 

Belə ki, Robototexnika Klubunun müəllim və tələbələri tərəfindən Bakı şəhər məktəbliləri üçün ödənişsiz təlimlər keçiriləcək. Təlimlər yalnız 9-11-ci sinif şagirdləri üçün nəzərdə tutulub. Təlimlər dərs saatları xaricində aparılacaq.

 

Treyninqlər zamanı məktəblilərə LEGO EV3 platforması və ARDUİNO üzərində təlimlər keçiriləcək.

 

Təlimlərə 16 aprel, 2018-ci il tarixindən start veriləcək.

 

Təlimə iştirak üçün aşağıdakı linkə daxil olaraq qeydiyyatdan keçmək mütləqdir.

 

Qeydiyyat linki:

https://forms.office.com/Pages/ResponsePage.aspx?id=te9GA_vfr0qhWQecHAMlxxZyjEZ-7U5MsUPkiz_ZzotUMktNNVZCNFk0SjQ0WVU5VUtVQVA1NUZGVS4u

 

Ünvan: Əhməd Rəcəbli 3. Qərbi Kaspi Universitetinin 2-ci tədris binası.

Tel: +994 12 565 39 74 (47-ci otaq), +994 50 263 63 70

E-mail: kamran.imamaliyev@wu.edu.az

Sayt: www.wcu.edu.az



Məlumat üçün bildirək ki, Qərbi Kaspi Universitetinin mütəxəssisləri bu aydan etibarən region məktəbliləri üçün də region məktəblərinə gedərək təlimlər keçməyə başlayıblar.

Qeyd edək ki, tədrisin keyfiyyətinin və praktik yönümünün gücləndirilməsinə yönəlmiş tədbirlər, eyni zamanda, infrastruktur layihələri həyata keçirən Qərbi Kaspi Universitetində bu tədris ilindən mühəndislik ixtisasları üzrə kadr hazırlığı aparılır, universitetdə bu məqsədlə Yüksək Texnologiyalar və İnnovativ Mühəndislik Məktəbi, eləcə də Yüksək Texnologiyalar Parkı (Texnopark) fəaliyyət göstərir. Texnoparkda biznes-inkubasiya mərkəzi, texnoloji transfer ofisi, mexatronika və robototexnika laboratoriyası, ideya bankı və başqa mərkəzlər var. Texnoparkdan sərbəst istifadə imkanı yaradılıb. Belə ki, ideyası olan tələbələr və şagirdlər texnoparka müraciət edərək dəstək ala bilirlər. Texnopark orta məktəb şagirdlərini də müxtəlif layihələrə, praktik çalışmalara cəlb edir.

LENT

21 İyul 2018

Digər xəbərlər >>>