Sizin link burada

Əl-Ərəbiyə: “Suriyada hava zərbələri endirilən obyektlər əvvəlcədən evakuasiya olunub”

Suriyada hava zərbələri endirilən obyektlər əvvəlcədən evakuasiya olunub

 

Suriya hökuməti hava zərbələri endirilən obyektlərdən hərbçilər və texnikanı əvvəlcədən evakuasiya edib.

 

APA-nın xəbərinə görə, bu barədə “Əl-Ərəbiyə” telekanalı məlumat verib.

 

Məlumata əsasən, son bir həftə ərzində hərbi obyektlər və aerodromlardan şəxsi heyət və texnika təxliyə edilib.

 

Bu gecə ABŞ, Fransa və Böyük Britaniya Silahlı Qüvvələri paytaxt Dəməşq və Homs ətrafında yerləşən hərbi təyinatlı obyektlərə hava zərbələri endirib. Reuters agentliyinin məlumatına əsasən, ABŞ  Suriya ərazisinə "Tomahawk" qanadlı raketlərdən zərbə endirib. Əməliyyatda həmçinin Böyük Britaniyanın 4 “Panavia Tornado” qırıcı-bombardman təyyarəsi iştirak edib.

 

LENT

16 İyul 2018
15 İyul 2018

Digər xəbərlər >>>