Sizin link burada

Mey: "Əməliyyat Əsəd rejiminin dəyişdirilməsinə yönəlməyib"

Suriyada başlanan hərbi əməliyyat Əsəd rejiminin dəyişdirilməsinə yönəlməyib.

 

APA-nın REN TV-yə istinadən verdiyi xəbərə görə, bunu Böyük Britaniyanın baş naziri Tereza Mey bəyan edib.

 

“Söhbət rejimin dəyişdirilməsindən və yaxud Suriyada yeni müharibədən getmir. ABŞ və Fransa ilə birgə məqsədimiz kimyəvi silahdan istifadə imkanlarını yox etməkdir. Həmçinin bu digər ölkələrə siqnaldır ki, kimyəvi silahdan istifadə cəzasız qalmayacaq”, deyə T.Mey qeyd edib.

 

O həmçinin əməliyyata qərar verməzdən öncə Böyük Britaniyanın bütün diplomatik üsullara əl atdığını vurğulayıb.

 

LENT

20 Aprel 2018
19 Aprel 2018

Digər xəbərlər >>>