Sizin link burada

Almaniyaya “qanlı” yağmur yağacaq

Sinoptiklər Almaniyaya “qanlı” yağışların yağacağını proqnozlaşdırır.

 

Lent.az-ın “oxu.az”a istinadən xəbərinə görə, qırmızımtıl yağıntının Almaniyanın şimal bölgəsinə və Hamburq şəhərinə düşəcəyi gözlənilir. Yağışın gözlənilməz çaları hava kütlələrinin Avropaya gətirdiyi  Sahara səhrasının qumu ilə əlaqədardır. 

 

Belə bir yağışın qurumasından sonra binalarda, yollarda, avtomobillərin üzərində qırmızımtıl toz təbəqəsi formalaşacaq.

 

Sonuncu dəfə Almaniyada “qanlı” yağışlar 2016-cı ilin aprel ayında müşahidə olunub.

 

Qeyd edək ki, qırmızı yağışdan savayı, dünyanın müxtəlif ölkələrində qara, yaşıl və sarı yağıntılar da müşahidə olunur. Bu çalarla yağıntının tərkibində olan çöküntülər, məsələn vulkanik kül, bitki tozları və hava çirklənməsi ilə əlaqədardır.

 

LENT

20 Aprel 2018
19 Aprel 2018

Digər xəbərlər >>>