Sizin link burada

Premyer Liqa klubları videotəkrardan imtina etdi

İngiltərə Premyer Liqasının növbəti mövsümündə videotəkrar sistemindən (VAR) istifadə olunmayacaq.

 

Apasport.az saytının məlumatına görə, bu barədə qərar Premyer Liqa klublarının səsverməsi ilə verilib.

 

Elita komandaları VAR-in işində hazırda müəyyən çatışmazlıqlar olması qənaətindədir. 2018/19 mövsümündə videotəkrar İngiltərə kuboku və Liqa kubokunda sınaqdan keçirilməkdə davam edəcək.

 

Qeyd edək ki, VAR sistemindən bu yay Rusiyada keçiriləcək DÇ-2018-in final mərhələsində istifadə ediləcək.

 

LENT

16 İyul 2018
15 İyul 2018

Digər xəbərlər >>>