Sizin link burada

Qadın ərinin sevgilisi tərəfindən niyə öldürüldü? – SƏBƏB BİLİNDİ

Dünən Lənkəran şəhərində törədilmiş qətl hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb. Lent.az xəbər verir ki, Anar Mahmudov küçəsi 128 ünvanında 1976-cı il təvəllüdlü Həsənova Sevda Rüstəm qızının həyat yoldaşı, 1973-cü il təvəllüdlü Arif Həsənovun eyni evdə qeyri-rəsmi nikahda yaşadığı Lerik rayon sakini, Gülşən Salayeva tərəfindən əmlak mübahisəsinə görə öldürdüyü məlum olub.

 

Bildirilir ki, xeyli müddət əvvəl A.Həsənov G.Salayevanı ikinci arvad kimi evə gətirib. O, qadınları bir evdə yaşamağa razı salıb və hər qadından 2 övladı dünyaya gəlib. Son günlər qadınlar arasında evin kimə qalacağı ilə bağlı mübahisələr olub. Sevdanın Gülşənə rəsmi nikahının olmadığını deməsi və evsiz qalacağı ilə hədələməsi onu özündən çıxarıb. Nəticədə Gülşən Salayeva odunla əri ilə rəsmi nikahda olan qadının başına zərbələr endirib.

 

42 yaşlı Sevda Həsənova hadisə yerində ölüb.

 

 

Faktla bağlı Lənkəran şəhər Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

 

 

*****

 

13 aprel

 

Lənkəranda törədilən qətl hadisəsinin bəzi təfərrüatları məlum olub.

 

APA-nın cənub bürosunun məlumatına görə, Anar Mahmudov küçəsi, 128 ünvanında 1976-cı il təvəllüdlü Sevda Rüstəm qızı Həsənova həyat yoldaşı, 1973-cü il təvəllüdlü Arif Nəhmət oğlu Həsənovun eyni evdə qeyri-rəsmi nikahda yaşadığı Lerik rayon sakini, Gülşən Salayeva tərəfindən odun parçası ilə vurularaq qətlə yetirilib.

 

Hadisəni törədən G. Salayeva artıq polis tərəfindən saxlanılıb.

 

Məlumata görə, S. Həsənova və G. Salayevanın hər birinin iki övladı var.

 

***

 

Lənkəran sakini qətlə yetirilib.

 

APA-nın cənub bürosunun məlumatına görə, hadisə Lənkəran şəhərinin Anar Mahmudov küçəsi, 128 ünvanında qeydə alınıb. Lənkəran sakini, 1976-cı il təvəllüdlü Sevda Rüstəm qızı Həsənovanın ailə münaqişəsi zəminində həyat yoldaşının qeyri-rəsmi nikahda yaşadığı qadın tərəfindən hələlik məlum olmayan şəraitdə qətlə yetirildiyi bildirilir.

 

S. Həsənovanın meyiti müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Rayon şöbəsinə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.

LENT

16 İyul 2018

Digər xəbərlər >>>