Sizin link burada

"Əlimizdə təkzibedilməz sübutlar var"- Lavrov

"Moskvanın əlində Suriyanın Duma şəhərindəki kimyəvi hücumun "tamaşa" olduğunu təsdiqləyən təkzibedilməz sübutlar var".
 
 
 
APA-nın "RİA Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
 
 
 
Nazir Kimyəvi Silahların Qadağan Olunması Təşkilatının ekspertlər missiyasının Suriyaya yollandığını xatırladaraq bildirib ki, missiya Dumaya gedəcək: "Bizim ekspertlər orada yoxlama aparıb və kimyəvi silahın hər hansı bir növünün istifadəsi ilə bağlı bir sübut aşkar etməyib".

LENT

20 Aprel 2018
19 Aprel 2018

Digər xəbərlər >>>