Sizin link burada

Azərbaycan əhalisi bu il ərzağa nə qədər xərcləyib?

2018-ci ilin yanvar-mart aylarında pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin eyni dövrünün səviyyəsini müqayisəli qiymətlərlə 2,6 faiz üstələyərək 8,5 mlrd. manata bərabər olub.

 

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən xəbərə görə, ticarət dövriyyəsinin 4,3 mlrd. manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 4,2 milyard manatını qeyri-ərzaq məhsulları təşkil edib və satılmış məhsulların dəyəri 2017-ci ilin yanvar-mart aylarının göstəricilərini real ifadədə müvafiq olaraq 2,0 faiz və 3,3 faiz üstələyib.

 

Hesabat rübündə alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 45,7 faizi ərzaq məhsullarının, 5,0 faizi içkilər və tütün məmulatlarının, 17,7 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,0 faizi elektrik malları və mebellərin, 5,7 faizi avtomobil yanacağının, 1,2 faizi əczaçılıq və tibbi malların, 0,7 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 18,0 faizi isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub. 

 

2018-ci ilin yanvar-mart aylarında istehlak məhsullarının 13,0 faizi ticarət müəssisələri, 52,5 faizi fərdi sahibkarlar tərəfindən, 34,5 faizi isə bazar və yarmarkalarda satılıb. 2017-ci ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə  müəssisələr üzrə 19,3 faiz, fərdi sahibkarlar üzrə 0,9 faiz artmış, bazar və yarmarkalarda dəyişməz qalıb.

 

Hesabat rübündə əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi  289,2 manat və ya 2017-ci ilin yanvar-mart aylarının göstəricisindən nominal ifadədə 16,8 manat çox olub. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla hər ay 146,6 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 142,6 manatlıq qeyri-ərzaq məhsulları alıb.

LENT

21 İyul 2018

Digər xəbərlər >>>