Sizin link burada

Avroliqada erkən final - püşk atıldı

Bu gün UEFA Avropa Liqasında yarımfinal və final mərhələlərinin püşkatma mərasimi keçirilib. Apasport.az saytının məlumatına görə, UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında təşkil olunan tədbirdə 4 komanda iki cütlük təşkil edib.

 

Finala gedən yolda 4 komandadan daha şanslı sayılan “Arsenal” (İngiltərə) və “Atletiko” (İspaniya) artıq yarımfinalda üz-üzə gələcək. “Marsel” (Fransa) isə turnirin sürpriz komandası “Zalsburq”la (Avstriya) qarşılaşacaq.

 

 

Bu mərhələnin ilk oyunları aprelin 26-da, cavab görüşləri mayın 3-də keçiriləcək. Mayın 16-da baş tutacaq final matçının nominal meydan sahibi də püşklə müəyyənləşib. Bu, “Marsel” – “Zalsburq” cütünün qalibi olacaq.

 

Avropa Liqası

Yarımfinal

"Marsel" (Fransa) - "Zalsburq" (Avstriya)

"Arsenal" (İngiltərə) - "Atletiko" (İspaniya)

 

Final

"Marsel" (Fransa) - "Zalsburq" (Avstriya) cütünün qalibi - "Arsenal" (İngiltərə) - "Atletiko" (İspaniya) cütünün qalibi

LENT

20 Aprel 2018
19 Aprel 2018

Digər xəbərlər >>>