Sizin link burada

Avropa İttifaqı prezident seçkiləri ilə bağlı bəyanat yaydı

Avropa İttifaqı (Aİ) Azərbaycanda keçirilmiş 11 aprel prezident seçkiləri ilə bağlı bəyanat yayıb.

 

APA-nın xəbərinə görə, Avropa Xarici Əlaqələr Xidmətinin bəyanatında vurğulanır ki, ATƏT/DTİHB seçki müşahidə missiyası qeyd edib ki, Azərbaycan rəhbərliyi beynəlxalq müşahidəçilərlə müsbət yanaşma nümayiş etdirib, onlar sərbəst şəkildə fəaliyyət göstərə biliblər və bu, müsbət addım kimi qiymətləndirilir.

 

Qeyd olunur ki, Seçki Müşahidə Missiyasının qiymətləndirməsində də deyildiyi kimi, seçkilər məhdud siyasi mühitdə, müəyyən qanun pozuntuları ilə keçib.

 

 

Avropa İttifaqı ümid edir ki, Azərbaycan ATƏT/DTHİB-in bu və əvvəlki seçkilərlə bağlı tövsiyələrini nəzərə alacaq və həyata keçirəcək: “Avropa İttifaqı bu prosesdə köməklik göstərməyə hazırdır. Avropa İttifaqı Azərbaycan xalqının rifahı və Avropa İttifaqı -Azərbaycan münasibətləri naminə fəaliyyətdə olan prezidentin yeni prezidentlik dövrü ərzində Azərbaycanla dialoq və sıx əməkdaşlığı, o cümlədən demokratiya və insan haqları ilə bağlı fundamental məsələlərin həllində əməkdaşlığı davam etdirmək istəyir".

LENT

21 İyul 2018

Digər xəbərlər >>>