Sizin link burada

Vaşinqtondan Ankaraya “S-400”-lərə dair "tövsiyə"

 

 

 

Vaşinqton Ankaraya  Rusiya istehsalı olan “S-400” zenit-raket kompleksləri (ZRK) əldə etməməyi tövsiyə edir və Türkiyəyə alternativ ZRK-lar təklif etməyə hazırdır.

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ müdafiə naziri Ceyms Mettis bildirib.

 

“Bir rayona fərqli, uyğunlaşmayan raketdən müdafiə sistemləri gətirilir. Vaşinqton Ankara ilə danışıqlar aparır və NATO standartlarına uyğun olan sistemlər təklif etməyə hazırdır”, - deyə Mettis Nümayəndələr Palatasında dinləmələr zamanı çıxışında deyib.     

 

Qeyd edək k, Rusiya və Türkiyə bundan əvvəl  “S-400”-lərin tədarükünün sürətləndirilməsinə dair razılığa gəliblər.

 

 

LENT

20 Aprel 2018
19 Aprel 2018

Digər xəbərlər >>>