Sizin link burada

Yük maşını 7 nəfəri vurdü

Barselonada  yük maşını piyadaları vurub, nəticədə ikisi uşaq olmaqla 7 nəfər xəsarət alıb.

 

APA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, ikin versiyaya əsasən,  qəzaya səbəb avtomobilin əyləc sistemində yaranmış nasazlıq olub.

 

Şahidlərin məlumatına görə, hərəkətdə olan avtomobil piyada keçidinin qarşısında dayanmayaraq, motosikletçini və bir neçə piyadanı vurub.  Avtomobil daha sonra yoldan kənara çıxaraq ağaca çırpılıb.

 

Xəsarət alanlar xəstəxanaya çatdırılıb. Onların arasında 11 və 13 yaşlı uşaqlar var.

 

LENT

17 İyul 2018

Digər xəbərlər >>>