Sizin link burada

Avropa Liqasında yarımfinalçılar bəlli oldu

 

Avropa Liqasının (AL) 1/4 final mərhələsində cavab oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, 4 matçın hamısı eyni vaxtda start götürüb.

 

Bu mərhələyə qədər irəliləməyi bacaran yeganə Rusiya təmsilçisi MOİK yoluna davam edə bilməyib. Londonda rəqibi üzərində böyükhesablı qələbə qazanan “Arsenal” Rusiyada 2:2 hesablı bərabərliyə nail olaraq fürsəti əldən verməyib.

 

AL-in sürpriz komandası “Zalsburq” İtaliya təmsilçisi “Latsio”nu doğma azarkeşləri önündə qəbul edib. Səfərdəki 4:2 hesablı məğlubiyyətdən sonra evdə 4:1 hesablı qələbə əldə edən avstriyalılar sürprizə imza ataraq yarım finala yüksəliblər.

 

Avropa Liqasının bir nömrəli favoriti hesab edilən “Atletiko” Portuqaliyada “Sportinq”lə üz-üzə gəlib. Çempionlar Liqasında uğursuzluğa düçar olan İspaniya nəhəngi bunu Avroliqadakı zəfərlə unutdura bilib. "Hindular" uduzsalar da, iki oyunun nəticəsinə görə, növbəti mərhələyə keçiblər.

 

Ən böyük maraq doğuran qarşılaşma Fransada baş tutub. Belə ki, “Marsel” “Leyptsiq”lə üz-üzə gəlib. Evdəki minimalhesablı qalibiyyət almanlara kiçik də olsa, üstünlük versə də, fransızlar 5:2 hesablı qalibiyyətlə yarım finala adlayıb.

 

Avropa Liqası

1/4 final (cavab oyunları)

12 aprel

 

MOİK (Rusiya) – “Arsenal” (İngiltərə) - 2:2

Qollar: Çalov, 39, Nababkin, 50 - Uellbek, 75, Remzi, 90+2

Baş hakim: Feliks Zvayer (Almaniya)

Moskva. “MOİK Arena”

İlk oyun – 1:4

 

“Zalsburq” (Avstriya) – “Latsio” (İtaliya) - 4:1

 

Qollar: Dabbur, 56, Haydara, 72, Hvanq Hi Çan, 74, Leyner, 76 - İmmobile, 55

Baş hakim: Damir Skomina (Sloveniya)

Zalsburq. Şəhər stadionu

İlk oyun – 2:4

 

“Sportinq” (Portuqaliya) – “Atletiko” (İspaniya) - 1:0

 

Qol: Montero, 28

Baş hakim: Milorad Maziç (Serbiya)

Lissabon. “Joze Alvalade” stadionu

İlk oyun – 0:2

 

“Marsel” (Fransa) – “Leyptsiq” (Almaniya) - 5:2

 

Qollar: İlsanker, 6 (avtoqol), Sarr, 9, Tauvin, 38, Paye, 60, Sakai, 90+4 - Bruma, 2, Auqustin, 55

Baş hakim: Byörn Kuypers (Hollandiya)

Marsel. “Velodrom” stadionu

İlk oyun – 0:1

 

LENT

17 İyul 2018

Digər xəbərlər >>>