Sizin link burada

AFFA-dan yeni baza

 
AFFA futzal üzrə Azərbaycan çempionatlarının tarixi və statistikasının toplanılması istiqamətində addım atıb. Apasport.az saytının məlumatına görə, qurum yarışın protokollarını özündə əks etdirən məlumat bazası yaradıb.
 
 
 
Assosiasiyanın rəsmi saytında açılan yeni bölmədə keçirilən oyunlarının orijinal protokollarının şəkilləri əksini tapıb. Azərbaycan Futzal Federasiyasının əldə etdiyi əvvəlki illərin rəsmi sənədləri də bu bölmədə yerləşdiriləcək.
 
 
 
Bu da gələcəkdə protokolların it-bat olmamasına, tarix və statistika üçün əlverişli mühit yaratmağa xidmət edir. Artıq 2012/13 mövsümünün oyunları ilə bağlı sənədlər qeyd olunan bazaya daxil edilib.
 
 
 
Qeyd edək ki, məlumat bazasının həcmi nəzərə alınaraq, prosesin davamlı olaraq aparılması, eləcə də oyunların keçirilmə intensivliyinə uyğun olaraq, məlumatların vaxtaşırı yenilənməsi nəzərdə tutulub.

LENT

20 Aprel 2018
19 Aprel 2018

Digər xəbərlər >>>