Sizin link burada

"Biz belə münasibəti bir sıra ölkələrə münasibətdə görürük" - Rusiya XİN

Rusiya Xarici İşlər Nazirliyi qərb təşkilatlarının Azərbaycanda keçirilən prezident seçkiləri ilə bağlı ilkin rəyinə münasibət bildirib.
 
 
 
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi mətbuat konfransında deyib ki, Azərbaycanda seçkiləri çoxlu sayda beynəlxalq müşahidəçi izləyib.
 
 
 
"Bu faktdır. Onların hamısı öz fikirlərini bildirməlidir. Lakin biz yaxşı başa düşürük ki, Qərbdəki bir sıra siyasi qüvvələrin Azərbaycanda seçkilərə münasibətdə mənfi rəyi seçkilərə qədər də müşahidə olunurdu. Biz belə münasibəti Qərbdəki qeyri- hökumət təşkilatlarının simasında təkcə Azərbaycana deyil, bir sıra ölkələrə münasibətdə görürük".

LENT

23 Aprel 2018

Digər xəbərlər >>>