Sizin link burada

Hamilə müğənnini səhnədə bu səbəbdən GÜLLƏLƏDİLƏR

Pakistanda hamilə müğənni konsertdə ayaq üstə oxumaqdan imtina etdiyi üçün səhnədə güllələnib. Lent.az-ın Rusiya mediasına istinadən məlumatına görə, 24 yaşlı müğənni Simon Samun konsertə dəvəti o şərtlə qəbul edib ki, oturaraq oxuyacaq. S.Samun hamilə olduğundan ayaq üstə dayanmağa çətinlik çəkirmiş.

 

Tamaşaçıların müğənninin bu hərəkətindən təəccüblənib və ondan ayağa qalxmasını tələb ediblər.

 

Simon onların tələbinə məhəl qoymayıb. Sonra səhnəyə 3 kişi qalxıb, onun başından pul töküblər. Bundan sonra müğənni ayağa qalxıb. Bu anda zaldan kimsə ona atəş açıb. Xəstəxanaya çatdırılsa da, müğənninin həyatını xilas edə bilməyiblər.

 

Simonun ölümdə şübhəli bilinən Tarik Əhməd Cata adlı şəxs tutulub. Müğənninin həyat yoldaşı qatilin ikiqat cəzalanmasını tələb edir.

LENT

16 İyul 2018
15 İyul 2018

Digər xəbərlər >>>