Sizin link burada

Seçki günü təcili yardıma 7 dairədən müraciət daxil olub - Bakıda

Bakı şəhər Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının “103” xidmətinə 11 apreldə 2087 ümumi müraciət daxil olub.
 
 
 
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bu müraciətlərin cəmi 7-si seçki dairəsindən olub.
 
 
 
Daxil olan müraciətlər 16, 40, 17, 27, 1, 125 və 24 saylı seçki məntəqələrindən qeydə alınıb.
 
 
 
Müayinələr zamanı hipertoniya, mövsümi allergiya, stenokardiya və baş ağrısı kimi diaqnozlar təyin edilib.

LENT

21 İyul 2018

Digər xəbərlər >>>