Sizin link burada

Azərbaycanlı müğənni ilk dəfə bunu etdi - VİDEO

Müğənni Elvin Abdullayev “Xoşbəxt bacım” adlı yeni mahnı təqdim edib. Lent.az-ın məlumatına görə, sözləri Anar İsmayılova, musiqisi isə ifaçının özünə məxsus olan bəstə “Youtube”a yerləşdirilib. Mahnını Eyyub Yahyayev aranjiman edib.
 

Elvin ilk dəfə bu mövzuya müraciət edən sənətçi olduğunu bildirib: “Yaxın bir dostumun bacısının toyu idi. Məndən onun üçün mahnı oxumağımı istədi. Mən də məsləhət gördüm ki, belə bir mahnı yazdıraq. Bacı-qardaş mövzusu bir çoxlarının həyatında önəmli yer tutur. Düzdür, belə mövzuda mahnılar var. Amma hamısı bayağı üslubda olanlardır. Normal aranjimanda belə bir mövzuda bəstə yoxdur. İfamı ilk olaraq sosial şəbəkədə paylaşdım, çox maraq doğurdu. Hamı bəyəndiyini yazır. Mahnıdakı skripka hissəsini Səlim Abbasov ifa edib”.
 

Elvin dinləyicilərinə müraciət də edib:
 

“Bu mahnıda özünü görmək istəyənlər bizə müraciət etsinlər. Kimsə toyundan maraqlı görüntülər versə, onun əsasında klip hazırlayacağıq”.

 

LENT

21 İyul 2018

Digər xəbərlər >>>