Sizin link burada

Putin İlham Əliyevə zəng edib - YENİLƏNİB

 
Aprelin 12-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib. 
 
Prezidentin Mətbuat Xidmətindən Lent.az-a daxil olan məlumata görə, Prezident Vladimir Putin Prezident İlham Əliyevi seçkilərdə inamlı qələbəsi münasibətilə təbrik edib, ona Azərbaycan xalqının firavanlığı və ölkəmizin inkişafı naminə prezidentlik fəaliyyətində uğurlar arzulayıb. Vladimir Putin əminliyini ifadə edib ki, Rusiya-Azərbaycan əlaqələri bundan sonra da bütün sahələrdə uğurla inkişaf edəcəkdir.
 
Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə Vladimir Putinə minnətdarlığını bildirib. Dövlətimizin başçısı öz növbəsində Azərbaycan ilə Rusiya arasında əlaqələrin bundan sonra da uğurla inkişaf edəcəyinə və ölkələrimizin bir-biri ilə daha sıx əməkdaşlıq həyata keçirəcəyinə əminliyini ifadə edib.
 
Telefon söhbəti zamanı dövlət başçıları strateji tərəfdaşlığa əsaslanan Azərbaycan-Rusiya ikitərəfli dostluq münasibətlərinin perspektivləri ətrafında fikir mübadiləsi aparıblar.
 
 
12:19
 
 
Rusiya prezidenti Vladimir Putin İlham Əliyevi yenidən Azərbaycan prezidenti seçilməsi münasibəti ilə təbrik edib.
 
 
 
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Rusiya prezidenti azərbaycanlı həmkarına göndərdiyi təbrik teleqramında qeyd edib ki, İlham Əliyevin seçkilərdə inamlı qələbəsi onun siyasi nüfuzunun olduğunu təsdiq edir, Azərbaycanın qarşısında duran aktual sosial-iqtisadi və xarici siyasət vəzifələrinin həllində xidmətlərinin dəyərləndirildiyini göstərir.
 
 
V. Putin İ. Əliyevin Moskva-Bakı dostluq və mehriban qonşuluq münasibətlərinin möhkəmlənməsində göstərdiyi səyləri yüksək qiymətləndirərək əmin olduğunu bildirib ki, dövlətlər birgə səylərlə bundan sonra da Rusiya və Azərbaycan xalqlarının maraqlarına cavab verən bütün sahələrdə ikitərəfli əməkdaşlığın, eləcə də regional və beynəlxalq məsələlərdə tərəfdaşlığın möhkəmləndirilməsini təmin edəcəklər. 

LENT

23 Aprel 2018

Digər xəbərlər >>>