Sizin link burada

Lukaşenko və Poroşenkodan İlham Əliyevə TƏBRİK

 

 

Ukrayna prezidenti Pyotr Poroşenko Azərbaycan prezidenti İlham Əliyevi bu vəzifəyə yenidən seçilməsi ilə əlaqədar təbrik edib.

 

APA-nın xəbərinə görə, təbrik mesajı P. Poroşenkonun “Twitter” səhifəsində yer alıb.

 

 

Belarus prezidenti Aleksandr Lukaşenko da seçkilərdə yenidən qələbə qazanması münasibətilə Azərbaycan prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

 

Bu barədə Belarus liderinin mətbuat xidməti məlumat yayıb. Təbrik məktubunda deyilir:

 

“Səsvermənin nəticələri seçicilərin güclü və çiçəklənən Azərbaycan quruculuğuna yönəlmiş kursla yüksək həmrəyliyini göstərir. Əminəm ki, sizin dövlət başçısı kimi məsuliyyətli vəzifədə fəaliyyətiniz ölkənin iqtisadi qüdrətinin və beynəlxalq nüfuzunun daha da möhkəmlənməsini təmin edəcək, Belarus-Azərbaycan dostluğunun hərtərəfli inkişafına kömək edəcək”.  

 

A. Lukaşenko İ. Əliyevə möhkəm can sağlığı, xoşbəxtlik, tükənməz enerji və nəzərdə tutduğu planlarının reallaşmasına uğurlar arzulayıb.

LENT

23 Aprel 2018

Digər xəbərlər >>>