Sizin link burada

Avropa Liqasında yarımfinalçılar bəlli olacaq

Bu gün Avropa Liqasının (AL) 1/4 final mərhələsində cavab oyunları keçiriləcək. Apasport.az saytının məlumatına görə, 4 matçın hamısı eyni vaxtda start götürəcək.

 

Bu mərhələyə qədər irəliləməyi bacaran yeganə Rusiya təmsilçisi MOİK yoluna davam etmək üçün möcüzə gerçəkləşdirməlidir. Londonda rəqibi üzərində böyükhesablı qələbə qazanan “Arsenal”ın bu üstünlüyü əldən verməsi inandırıcı görünmür.

 

AL-in sürpriz komandası “Zalsburq” İtaliya təmsilçisi “Latsio”nu doğma azarkeşləri önündə qəbul edəcək. Avstriyalılar 2 cavabsız qol vuracaqları təqdirdə, yeni tarix yazacaqlar. Bu mənada turnirin qalibi olmağı hədəfləyən romalıların işi asan olmayacaq.

 

Avropa Liqasının bir nömrəli favoriti hesab edilən “Atletiko” Portuqaliyada “Sportinq”lə üz-üzə gələcək. Çempionlar Liqasında uğursuzluğa düçar olan İspaniya nəhəngi bunu Avroliqadakı zəfərlə unutdurmaq əzmindədir.

 

Ən böyük maraq doğuran qarşılaşma Fransada baş tutacaq. Belə ki, “Marsel” “Leyptsiq”i sınağa çəkəcək. Evdəki minimal hesablı qalibiyyət almanlara kiçik də olsa, üstünlük verir.

 

 Avropa Liqası

 

1/4 final (cavab oyunları)

 

12 aprel

 

 

23:05. MOİK (Rusiya) – “Arsenal” (İngiltərə)

İlk oyun – 1:4

 

 

23:05. “Zalsburq” (Avstriya) – “Latsio” (İtaliya)

İlk oyun – 2:4

 

 

23:05. “Sportinq” (Portuqaliya) – “Atletiko” (İspaniya)

İlk oyun – 0:2

 

 

23:05. “Marsel” (Fransa) – “Leyptsiq” (Almaniya)

İlk oyun – 0:1

 

 

 

LENT

17 İyul 2018

Digər xəbərlər >>>