Sizin link burada

Ronaldodan ÇL-də daha bir rekord

“Real”ın futbolçusu Kriştiano Ronaldo Çempionlar Liqasında daha bir rekorda imza atıb.

 

Lent.az-ın "Qol.az"a istinadən xəbərinə görə, portuqaliyalı hücumçu rekordunu 1/4 finalın “Yuventus”la cavab oyununda qol vurmaqla gerçəkləşdirib.

 

Görüşdə son nöqtəni qoyaraq komandasını yarımfinala yüksəldən futbolçu turnirdə “Yuventus”un qapısından keçirdiyi qolların sayını 10-a çatdırıb. İndiyədək ÇL-də heç bir futbolçu bir komandanın qapısına 10 qol vura bilməyib.

 

Xatırladaq ki, "Real" 1:3 hesabı ilə uduzsa da, iki oyunun nəticəsinə görə yarımfinala yüksəlib.

 

LENT

20 Aprel 2018
19 Aprel 2018

Digər xəbərlər >>>