Sizin link burada

Putin və Netanyahu Suriyanı müzakirə ediblər

Rusiya prezidenti Vladimir Putin və İsrailin baş naziri Benyamin Netanyahu arasında telefon danışığı olub.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, söhbət İsrail tərəfinin təşəbbüsü ilə baş tutub.

 

Məlumata əsasən, tərəflər Suriyadakı vəziyyəti müzakirə ediblər. Söhbət zamanı B.Netanyahu bildirib ki, rəsmi Tel-Əviv İranın Suriyada hərbi iştirakına imkan verməyəcək.

 

Rusiya prezidenti Suriyanın suverenliyinin qorunmasının vacibliyini vurğulayaraq ölkədə vəziyyəti gərginləşdirəcək hərəkətlərdən çəkinməyə çağırıb.

 

LENT

16 İyul 2018
15 İyul 2018

Digər xəbərlər >>>