Sizin link burada

Çempionlar Liqasında yarımfinalçılar bəlli oldu

Bu gün Çempionlar Liqasında növbəti yarımfinalçılar bəlli olub. Apasport.az saytının məlumatına görə, 1/4 finalın sonuncu cavab oyunları Münhen və Madriddə keçirilib.

 

Almaniyadakı qarşılaşmanı formal saymaq olardı. “Bavariya”nın İspaniyada qalib gəldiyi “Sevilya”ya evində uduzması real görünmürdü. Öz meydanında qolsuz bərabərə qalan Yupp Haynkesin yetirmələri yarımfinala adlayıblar.

 

Digər cütlükdə isə "Yuventus" geridönüşə yaxın olub. Evində "Real"a 3 cavabsız qolla yenilən “qoca sinyora” İspaniyadakı qarşılaşmada bunun əvəzini çıxsa da, Kriştianu Ronaldonun son saniyələrdə penaltidən vurduğu qol "kral klubu"nun yoluna davam etməsinə şərait yaradıb.

 

Qeyd edək ki, bir gün əvvəl "Roma" və "Liverpul"  ½ finala vəsiqə qazanıblar.

 

 

 

Çempionlar Liqası

 

1/4 final (cavab oyunları)

 

11 aprel

 

 

“Bavariya” – “Sevilya” - 0:0

 

İlk oyun – 2:1

 

 

“Real” – “Yuventus” - 1:3

 

Qollar: K. Ronaldo, 90+8 (pen.) - M. Mandzukiç, 2, 37; B. Matuidi, 61

 

İlk oyun – 3:0

 

LENT

20 Aprel 2018
19 Aprel 2018

Digər xəbərlər >>>