Sizin link burada

Tramp Suriya ilə bağlı son qərar verməyib

ABŞ-ın prezidenti Donald Tramp Suriyaya zərbə endirilməsi ilə bağlı hələ ki,  son qərar verməyib, müxtəlif variantlar nəzərdən keçirilir.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Ağ Evin sözçüsü Sara Sanders bəyan edib.

 

“Suriyaya zərbənin endirilməsi variantlardan biridir. Prezident hələ ki, son qərar verməyib”, deyə S.Sanders qeyd edib.

 

O həmçinin ABŞ-ın tərəfdaşları və müttəfiqləri ilə birgə bu məsələ ilə bağlı məsləhətləşmələrin davam etdirildiyini vurğulayıb.

 

LENT

16 İyul 2018
15 İyul 2018

Digər xəbərlər >>>